Şəhid ailəsinin evindən oğurluq edənlər saxlanıldı - Fotolar

XƏBƏR
10:24
20 İyul 2021
728

Şəmkirdə şəhid ailəsinin evindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisindəkin mənzillərin birindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub.

Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayon sakinləri Aytəkin Nağıyev və Həsrət Rüstəmov iyul ayının 14-dən 15-nə keçən gecə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti