Votsap üzərindən “patı” alveri edən şəxs saxlanıldı

ÖLKƏ
17:53
19 İyul 2021
1130

Mingəçevirdə heroin və metamfetamin (patı) satan şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəhər sakini Neyman Əmirovdan kağız bükümlərdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni votsap sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. İran vətəndaşının ona göndərdiyi bank hesabına pul yüklədikdən sonra narkotik vasitəni gizlətdiyi ərazinin fotosunu N.Əmirova göndərib.

N.Əmirovun 2 ay öncə başqa bir Mingəçevir şəhər sakininə metamfetamin (patı) satdığı da müəyyən edilib.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinən Zaur Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti