Kreml İlham Əliyevin Rusiyaya səfərini təsdiqlədi

ÖLKƏ
17:04
19 İyul 2021
1207

Kreml Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinin hazırlıqlarını təsdiqləyir.

Sabah.az xəbər verir ki, Kremlin rəsmi saytının yaydığı məlumatda səfərin iyulun 20-də baş tutacağı bildirilir.

Qeyd olunur ki, görüşdə diqqət Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələrin aparılmasına yönələcək.

Görüş çərçivəsində aktual regional problemlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.

Görüşdə əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı doqquz noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın reallaşdırmasının praktik aspektlərinə, həmçinin iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki həllinə ayrılacaq.

Xəbər lenti