SOCAR-ın vitse-prezidentləri vəzifələrindən azad edildi - Sərəncam

ÖLKƏ
14:28
19 İyul 2021
1561

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Dövlət başçısının digər sərəncamına əsasən, Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Prezident İlham Əliyev David Niyazi oğlu Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Xəbər lenti