Sabah 44 dərəcə isti olacaq

ÖLKƏ
13:18
19 İyul 2021
859

İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 24-28, gündüz 35-39 dərəcə isti olacaq.

Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-44 dərəcə, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 20-21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40 dərəcəyədək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Xəbər lenti