“Neftçi”nin potensial rəqibi müəyyənləşir

İDMAN
11:26
19 İyul 2021
862

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Sabah.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Ölkəmizi turnirində təmsil edən “Neftçi”nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşəcək.

2-ci təsnifat mərhələsində “Olimpiakos”a (Yunanıstan) rəqib olan Azərbaycan çempionu püşk zamanı səpələnmişlər səbətində yer alacaq.

“Olimpiakos” - “Neftçi” cütünün qalibi üçün 5 potensial rəqib var. “Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) cütü isə ”Neftçi” üçün potensial rəqib sayılmır.

Xəbər lenti