Toya artıq adam çağıranlar cəzalandırıldı

ÖLKƏ
09:39
19 İyul 2021
1067

Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yerləşən “Şahsaray” şadlıq sarayında karantin rejimi qaydalarının pozulması müəyyən edilib.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, obyektin icarədarı T.Əliyev təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyib və məclisdə icazə verilən saydan artıq qonağın iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Xəbər lenti