Prezident Belçikalıların Kralına başsağlığı verdi

XƏBƏR
17:30
17 İyul 2021
757

Prezident İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filipə başsağlığı məktubu ünvanlayıb.

Sabah.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Ölkənizdə baş vermiş daşqınlar nəticəsində çox sayda insanın həlak olması və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.

Xəbər lenti