Göygöldə hərbi maşın qəzaya düşdü - 15 hərbçi yaralandı

ÖLKƏ
16:55
17 İyul 2021
1011

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobil aşıb.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib:

“Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyəti orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.

E.Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti