İranlı deputat koronavirusdan sağaldı
Koronavirusa yoluxan iranlı deputat Zöhrə İlahian müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
Sabah.az xarici KİV-ə isitinadən xəbər verir ki, bu barədə o, İranın rəsmi televiziya kanalında açıqlama verərkən bildirib.
İxtisasca həkim olan İlahian, açıqlamasında virusdan qorunmaq üçün bəzi məsləhətlər verib:
"Vacib olmadığı müddətcə səyahət etməyin, əllərinizi tez-tez yuyun və əllərinizlə üzünüzə toxunmayın".
Qeyd edək ki, martın 5-də Z.İlahianın müşaviri Mustafa Feyli ondan götürülən koronovirusla bağlı testin nəticəsinin müsbət çıxdığını bildirmişdi.
Daha çox