“Patı” satan keçmiş məhkum saxlanıldı

XƏBƏR
16:29
17 İyul 2021
708

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Qəndəliyevin üzərində narkotik vasitə daşımasına dair əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir zamanı həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan psixotrop maddə - metamfetamin (patı) və heroin aşkarlanıb. Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti