Sabahdan 4 günlük tətil başlayır
Sabahdan dörd günlük bayram tətili başlayır.
Sabah.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Qurban bayramına görə 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.
İyulun 20, 21-i Qurban bayramı günləri müəyyən olunub. Beləliklə, 18 (bazar), 19, 20, 21 iyul qeyri-iş günləridir.
Qeyd edək ki, bayram tətilində ictimai nəqliyyat işləməyəcək.
Daha çox