Bakıda autizmli uşaq 6-cı mərtəbədən yıxılıb öldü

HADİSƏ
12:07
11 Mart 2020
83

Bakıda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

Sabah.az “Qafqazinfo”ya xəbər verir ki, hadisə martın 10-u saat 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində baş verib. “Yeni Bakı” yaşayış kompleksində yaşayan Rafiq Məmmədovun oğlu, 2013-cü il təvəllüdlü Əli binanın 6-cı mərtəbəsində yerləşən mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb. Ə.Məmmədovun autizm xəstəsi olduğu bildirilir.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ailəsi Əlinin meyitinin daxili müayinə edilməsinə etiraz edib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit xarici müayinə olunub. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti