Prezident bu səfirləri geri çağırdı - Yenilənib

ÖLKƏ
17:34
16 İyul 2021
955

Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə Ağalar Rahim oğlu Atamoğlanov təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin növbəti sərəncamına əsasən, Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Lətif Seyfəddin oğlu Qəndilov isə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

***

Dövlət başçısının digər bir sərəncamı ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Əlimirzamin Qəvvam oğlu Əskərov isə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xəbər lenti