Ağdamda yeni hərbi hissənin açılışı oldu - Fotolar+Video

ÖLKƏ
12:04
16 İyul 2021
866

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib.

Qeyd olunub ki, kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edilib.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

Xəbər lenti