Sumqayıtdakı mənzillərin güzəştlə satışı olacaq
Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust saat 11:00-da başlayacaq və 24 avqust saat 11:00-dək davam edəcək.
Sabah.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) elanında deyilir.
Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Daha çox