30 yaşlı kişi ilə evləndirilən 15 yaşlı qız ailəsinə qaytarıldı
Bir neçə gün öncə Şəkidə 30 yaşlı kişi ilə evləndirilən 15 yaşlı qız həmin şəxsdən alınaraq ailəsinə təhvil verilib.
Sabah.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetməni artıq ailəsinə təhvil verib.
Komitənin şöbə müdiri Elgün Səfərov REAL TV-yə bildirib ki, onun təhsilini davam etdirməsi üçün hər cür şərait yaradılıb:
“Azyaşlı 18 yaşı olanadək aidiyyatı komitənin nəzarətində saxlanılacaq. Bu məsələ ilə bağlı ailə ziyarət edilib. Daxili İşlər Nazirliyi, bizim komitə və yerli icra hakimiyyəti nümayəndələri ailədən və əks tərəfdən izahatlar alıb. Onlara psixoloji, sosial və hüquqi dəstək verilir.
Ailə nəzarət altındadır. Yeniyetmənin sağlamlığı, təhsildən yayınıb-yayınmaması ilə bağlı araşdırma aparılır. Ehtiyac olduğu halda müvafiq tədbirlər də görüləcək.
Biz ailələrə üz tutaraq deyirik ki, uşaq nikahları yolverilməzdir və bu bir qanun pozuntusudur. Uşaq nikahları məişət zorakılığının bir növüdür”.
Daha çox