Bu marşrut da kart sisteminə keçir

XƏBƏR
13:33
15 İyul 2021
622

İyulun 16-dan etibarən 62 nömrəli marşrut xətti (Sabunçu d/st. - N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xətai rayonu üzrə (Neapol 32, N.Tusi küç.137, N.Tusi 294Q, S.Ə.Şirvani küçəsi), Sabunçu rayonu üzrə (Əsildar Məmmədəliyev 76, Kişvəri Dilməqani 11, Sabunçu qəsəbəsi - Şəhər şosesi) və Nizami rayonu üzrə (Qara Qarayev pr. 102, Əzim Əzimzadə 34/64, Azər Manafov küç.,Qara Qarayev 89, Qara Qarayev pr.1) ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Qeyd olunur ki, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Xəbər lenti