Portalda 107 yazıb, toya 200 nəfər çağırdılar - Video

ÖLKƏ
12:35
15 İyul 2021
612

Balakəndə 200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələnib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, obyekt sahibi tərəfindən 107 nəfər “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilib. Lakin şadlıq evinə keçirilən baxış zamanı məclisdə 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.

Xəbər lenti