Kəndlinin tövləsini qəsdən yandırdı

HADİSƏ
09:41
15 İyul 2021
669

Saatlı rayonunda kənd sakininin tövləsini qəsdən yandıran şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, iyulun 11-də Saatlı rayonu Sımada kənd sakini B.Aslanova məxsus fərdi təsərrüfatda yanğın baş verib.

Hadisənin qəsdən törədildiyi məlum olub. Yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb. Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti