“İçki koronavirusu sağaldır” şaiyəsi İranda 37 can aldı
İranda virusdan ölənlərin sırasına, alkoqolun koronavirusa qarşı təsirli olduğu barədə gəzən şaiyələrə inanaraq saxta içkidən istifadə edənlər də əlavə olunub.
Sabah.az xəbər verir ki, İranda müalicə məqsədiylə içilən saxta içki 37 nəfərin ölümünə səbəb olub.
İRNA agentliyinin verdiyi məlumatına əsasən, daha 270 nəfər saxta alkoqoldan zəhərləndiyinə görə xəstəxanadadır.
Qeyd edək ki, İranda saxta içki istehsal etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.
Daha çox