İctimai nəqliyyat bu şənbə işləyəcək

XƏBƏR
12:37
14 İyul 2021
627

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib. Bu baxımdan, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilir.

Xəbər lenti