Kredit ittifaqları üzərinə yeni öhdəlik qoyuldu
Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edib.
Sabah.az xəbər verir ki, bu məqsədlə qanuna yeni maddə əlavə olunub:
“Maddə 15-1. Mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi
15-1.1. Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.
15-1.2. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Qanunla tənzimlənir.”.
Daha çox