Reket bloger Ata Abdullayevin həbs müddəti uzadıldı
Bu gün Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, özünü videobloger kimi təqdim edən Ata Abdullayevin həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Sabah.az xəbər verir ki, məhkəmə onun daha üç ay həbsdə qalmasına qərar verib.
Xatırladaq ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
Məlumata görə, o, altı vətəndaşı şantaj edərək pul alıb.
Daha çox