Şəkidə 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verildi - Video

ÖLKƏ
12:07
13 İyul 2021
691

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb:

“Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb”.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti