Çempionlar Liqasında iki 1/4 finalçı müəyyənləşdi

İDMAN
02:07
11 Mart 2020
109

Bu gün UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

Sabah.az xəbər verir ki, keçirilən iki oyundan sonra 1/4 finala vəsiqə qazanan ilk komandalar müəyyənləşib.

"Valensiya" öz meydanında "Atalanta"nı qəbul edib. İtaliyadakı görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edən "Atalanta" bu dəfə də qələbə qazanıb - 4:3.

Günün digər matçında isə "Tottenhem" "Leyptsiq"in qonağı olub. Londonda 0:1 hesabı ilə uduzan Joze Mourinyonun komandası Almaniyada da məğlub olub - 0:3.

Beləliklə, "Atalanta" və "Leyptsiq" 1/4 finala yüksəlib.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya) - 3:4
Qollar: İliçiç, 3-pen (0:1), Qameyro, 21 (1:1), İliçiç, 43-pen (1:2), Qameyro, 51 (2:2), Torres, 67 (3:2), İliçiç, 71 (3:3), 82 (3:4)
İlk oyun – 1:4

00:00. “Leyptsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə) - 3:0
Qollar: Sabitzer, 10, 22, Forsberq, 88
İlk oyun – 1:0

Xəbər lenti