Azərbaycan Ordusunun zabiti özünü güllələdi

ÖLKƏ
10:36
13 İyul 2021
730

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti