Füzulidə bomba partladı, şirkət sürücüsü yaralandı
Füzuli Rayon Prokurorluğuna iyulun 12-də saat 11 radələrində rayonun işğaldan azad edilmiş ərazisində 1 nəfərin minaya düşməsi haqda məlumat daxil olub.
Sabah.az xəbər verir ki, ilkin araşdırmalarla müəyyən edilib ki, “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlu işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi ərəfəsində Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunub.
Nəticədə, o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Daha çox