Tətilə görə müəllimlərin maaşı kəsiləcək? – Nazirdən açıqlama
"İşçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əməkhaqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub".
Sabah.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində deyib. Nazir koronavirusa görə dərsləri dayandırılan müəllimlərin, təhsil işçilərinin maaşlarının ödənilib-ödənilməyəcəyi məsələsinə aydınlıq gətirib.
"Əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir. Ona görə də hesab edirəm ki, əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək".
Daha çox