Narkotik saxlayan şəxslər barədə cinayət işləri başlanıldı - Fotolar

ÖLKƏ
10:53
12 İyul 2021
1108

Gəncədə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Zeynalov saxlanılıb.

Onun üzərindən narkotik vasitə olan “metamfetamin” aşkar edilərək götürülüb. Digər bir əməliyyat tədbiri nəticəsində isə Elvin İmanzadənin qanunsuz olaraq “metamfetamin” əldə edib saxlaması aşkar edilib.

Sosial şəbəkələrdə narkotik vasitələri onlayn təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev də saxlanılıb.

Fotoda: Əsgər Hacıyev

Üzərindən külli miqdarda “heroin” aşkar edilən Ə.Hacıyev ifadəsində internet resurlarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.

Qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Valeh İsmayılovun üzərinə baxış keçirilən zaman “heroin” aşkar edilib.

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti