Avropa dövlətlərinin Baş prokurorlarının Sankt-Peterburq görüşü - Fotolar

XƏBƏR
09:59
12 İyul 2021
1161

İyulun 6-9-da Avropa Şurası, Beynəlxalq Prokurorlar Assosiasiyası və Rusiya Federasiyası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə “İnsan Hüquqlarına dair Avropa Konvensiyası çərçivəsində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorların rolu” mövzusunda Avropa dövlətlərinin Baş prokurorlarının görüşü Sankt-Peterburqda, Rusiya Prezidentinin İqamətgahında (Konstantinovski Sarayında) keçirilib.

Sabah.az Avropa Şurasının saytına istinadən xəbər verir ki, tədbirin açılış mərasimi Rusiya Prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə çıxışı ilə başlayıb, sonradan Rusiyanın Baş prokuroru İqor Krasnov, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti (Cənubi Koreyanın Baş Prokuroru) Cheol-Kyu Hvanq, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş direktoru Kristos Qiakumopulos, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, azərbaycanlı hakim Ramin Qaraqurbanlı, Avropa Prokurorlarının Məşvərətçi Şurasının prezidenti Antonio Noquera və Venesiya Komissiyasının vitse-prezidenti Bazy-Malaurie açılış nitqləri ilə çıxış ediblər.

İqor Krasnov - Rusiya Baş prokuroru

Ramin Qaraqurbanlı, Cheol-Kyu Hvanq, Kristos Qiakumopulos, Antonio Noquera

Baş prokurorların iştirakı ilə keçirilən iclasda prokurorluğun statusu və səlahiyyətləri, Avropa Şurasının bu sahədə tövsiyələrinin, əsasən Nazirlər Komitəsinin “Prokurorların cinayət ədalət mühakiməsi sistemində rolu” Rec (2000) 19 və “Prokurorların cinayət ədalət mühakiməsi sistemindən kənar rolu” Rec (2012) 11 adlı sənədlərinin üzv dövlətlərdə tətbiqi vəziyyəti müzakirə olunub.

Azərbaycan Baş prokuroru Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti həmin iclasda iştirak edib. Baş prokurorun prokurorluq orqanlarında tətbiq edilən yeniliklər barədə çıxışları maraqla qarşılanıb, nümayəndə heyətinin digər üzvlərinin də fəal iştirakı və prokurorluq orqanlarında aparılan islahatlar yüksək qiymətləndirilib.

Kamran Əliyev - Azərbaycan Baş prokuroru

Xəbər lenti