Sumqayıtda intihara cəhdin qarşısı alındı

XƏBƏR
16:02
10 İyul 2021
1106

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Sabah.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər lenti