“Xəmsə” karantin rejimini pozduğuna görə cərimələndi

XƏBƏR
13:48
10 İyul 2021
1015

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Sabah.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iyulun 9-da Bakının Nizami rayonunda Mikayıl Əliyev küçəsi, 2403/04 ünvanında fəaliyyət göstərən “Xəmsə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Həmin məkanda müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin şadlıq sarayında aparılan nəzarət tədbirləri zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyi müəyyən olunub.

Bununla əlaqədar inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Xəbər lenti