Rəisin intiharı ilə bağlı daha bir - Açıqlama

ÖLKƏ
12:52
10 İyul 2021
1902

İntihar edən polis rəisi ilə bağlı daha bir rəsmi məlumat yayılıb.

Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında dünən səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

O, Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Xəbər lenti