Müharibə iştirakçısının Kürdə meyiti tapıldı - Yenilənib

XƏBƏR
12:20
10 İyul 2021
981

Kür çayının Salyan rayonundan keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

***

Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan kişi meyitinin kimliyi müəyyənləşib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur.

Mərhum Vətən müharibəsi iştirakçısı olub. İyulun 1-də hərbi xidmətdən qayıdıb.

Xəbər lenti