Ondan ayrılan sevgilisini avtomobillə vurdu

ÖLKƏ
10:34
10 İyul 2021
1826

Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qadının Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilməsi zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.

Xəbər lenti