690 bal toplayan tələbə vəfat etdi
Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi yol qəzasında vəfat edib.
Sabah.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilir ki, informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan Bəhmən Musayev dünən axşam ağır yol qəzası nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Bəhmən Musayev 2018-ci ildə BANM-ə 690 balla qəbul olunub, Prezident təqaüdçüsü idi.
Daha çox