Bu suallar qəbul imtahanlarından çıxarıldı - DİM

XƏBƏR
15:36
9 İyul 2021
570

Xəbər verdiyimiz kimi, Azərbaycan  Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü təsdiq edilib.

Dövlət İmtahan Mərkəzindən Sabah.az-a bildirilib ki, iqtisadi rayonların yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan coğrafiya dərsliklərindəki məlumatlarla eynilik təşkil etmədiyi üçün, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə edilməyəcək.

Qeyd edilib ki, Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü növbəti illərdə dərsliklərə salındıqdan sonra qəbul imtahanında bununla bağlı tapşırıqlardan istifadə ediləcək.

Azərbaycan iqtisadi rayonlarının yeni bölgüsü ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti