“Sərhəddəki insidentlərin Qarabağla birbaşa əlaqəsi yoxdur”

XƏBƏR
14:13
9 İyul 2021
554

“Qarabağda rus sülhməramlıların məsuliyyət daşıdığı ərazidə vəziyyət sabitdir. Təxribatlar qeydə alınmır”.

Sabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, həmçinin vurğulayıb ki, ayrı-ayrı insidentlər azərbaycanlı və erməni hərbçilər ilə qarşılıqlı fəaliyyət əsasında operativ şəkildə həll olunur.

“Rusiya sülhməramlılarına qarşı hər hansı təxribat xarakterli fəaliyyət qeydə alınmır”, - deyə Zaxarova sözlərinə əlavə edib.

M.Zaxarova qeyd edib ki, Rusiya Qarabağda dinc həyatın bərqərar olmasına, həmçinin Ermənistan və Azərbaycan arasında etimadın güclənməsinə töhfə verməyə hazırdır.

“O ki qaldı, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı rayonlarındakı insidentlərin Qarabağ nizamlanması ilə birbaşa əlaqələndirilməsinə, bir daha qeyd edirik ki, biz bunu belə qiymətləndirmirik. Hesab edirik ki, sərhəddəki insidentlərin Qarabağ nizamlanması ilə birbaşa əlaqəsi yoxdur və bu insidentlər Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqi formalaşmış sərhədin olmamasının nəticəsidir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Xəbər lenti