Baş Prokurorluqdan polis rəisinin intiharı ilə bağlı açıqlama

ÖLKƏ
12:32
9 İyul 2021
1108

Bu gün xidməti otağında intihar edən Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü ürəyindən güllələdiyi məlum olub.

Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Xəbər lenti