Qardaşını bıçaqlayıb öldürdü

XƏBƏR
11:01
9 İyul 2021
601

Neftçalada qardaş qardaşı bıçaqlayıb.

Sabah.az xəbər verir ki, Neftçala Rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 8-i saat 12 radələrində Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zaur Məmmədov almış olduğu xəsarətlər nəticəsində ölüb.

Zərərçəkmişin qardaşı Vahid Məmmədov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zaur Məmmədovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib. Nəticədə, sonuncunun almış olduğu xəsarətlərdən Z.Məmmədov hadisə yerində vəfat edib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vahid Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Xəbər lenti