Daha bir marşrutun hərəkət sxemi dəyişdirildi
Sabahdan bakıda 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən “Koroğlu” NMM-ə təşkil ediləcək.
Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.
Daha çox