Nabranda 7 tondan çox narkotik vasitə aşkarlandı - Fotolar+Video
Xaçmaz rayonunun Nabran qəsəbəsində külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xaçmaz rayon sakini Cavat Cavatovun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı onun tərəfindən kultivasiya edilən, yaş kütləsi 7 ton 765 kiloqram olan, ümumilikdə 5175 ədəd çətənə kolu və 48 kiloqram 220 qram narkotik vasitə olan marixuana aşkar edilib.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib.
Beləliklə, çəkisi 7 tondan artıq kultivasiya edilən, ümumilikdə 5175 ədəd çətənə kolu və 48 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.
Aşkar olunan faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Daha çox