Avro-2020 təxirə salınacaq? - UEFA-dan açıqlama
UEFA Avro-2020-nin təxirə salınması üçün milli futbol federasiyalarının quruma müraciət etmələri ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Sabah.az xəbər verir ki, qurumdan TASS-a bildirilib ki, Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün səbəb yoxdur:
"UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur".
Xatırladaq ki, 12 iyun - 12 iyulda keçiriləcəyi nəzərdə tutulan Avropa çempionatın 4 oyunu Bakı Olimpiya Stadionunda olacaq.
Daha çox