Daş karxanasında fəhləni cərəyan vurdu, öldü
Qaradağ rayonunda daş karxanasında fəhlə cərəyan vurması nəticəsində ölüb.
Sabah.az xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, hadisə iyulun 7-i saat 16 radələrində rayonun Gülbaxt adlanan ərazisində yerləşən daş karxanasında baş verib.
Məlum olub ki, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən 1981-ci il təvəllüdlü Vəli Quliyev “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Daha çox