Paytaxtda 63 yaşlı qadının meyiti aşkarlandı
09:04
8 İyul 2021
461Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Musayeva Zərifə Əlimurad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Daha çox