Narkotik vasitə ilə saxlanıldı, avtomobil qaçırdığı da məlum oldu

XƏBƏR
17:45
7 İyul 2021
610

Masallıda narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı da müəyyən edilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Masallı rayonunun Mollahəsənli kənd sakini E.Mehtiyev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan 158 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. E.Mehtiyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Masallı rayon sakini Ə.Abbasovun “Vaz 21013” markalı avtomobilini talama məqsədi olmadan qaçırdığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin avtomobil Mollahəsənli kəndi ərazisində aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti