Gömrükdəki növbələrin tam aradan qalxacağı açıqlandı
Dövlət Gömrük Komitəsinin Xanoba gömrük postunda tikinti işləri davam etdirilir.
Sabah.az xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev öz tvitter hesabında yazıb.
O, Azərbaycanın Rusiya ilə sərhədi olan Xanoba gömrük postunda aparılan yenidənqurma işləri ilə tanış olub.
S.Mehdiyev bildirib ki, yaxın gələcəkdə istifadəyə verilən Xanoba postu sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək.
Daha çox