Yolda azyaşlı qızın telefonunu oğurlayan ərlə arvad tutuldu - Video

ÖLKƏ
11:53
7 İyul 2021
1296

Bakıda qardaşını bağçaya aparan azyaşlıya qarşı soyğunçuluq edilib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaş polisə müraciət edərək bildirib ki, qızı azyaşlı qardaşını bağçaya aparan zaman 2 nəfər onlara yaxınlaşıb uşağın mobil telefonunu əlindən alıb.

Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Əliyev və onun həyat yoldaşı Səidə Əliyeva qısa zamanda saxlanılıblar. Onlar ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri soyğunçuluq hadisəsi və sonradan onların hadisə yerindən yayınmaları ərazidə olan müşahidə kameraları vasitəsiylə lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti