Antisanitar şəraitdə su istehsal edən müəssisə aşkarlandı

XƏBƏR
18:11
6 İyul 2021
817

Bərdədə antisanitar şəraitdə su istehsal edən müəssisə aşkarlanıb.

Sabah.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, sözügedən müəssisə rayonun Bahadur Hacıyev küçəsi 61 ünvanında yerləşir.

Agentlik əməkdaşları tərəfindən fiziki şəxs Cəfərquliyev Elmir Əhməd oğluna məxsus qablaşdırılmış içməli su istehsalı müəssisəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədiyi, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti